Azərbaycan Diplomatik Akademiyasının Kompüter Mühəndisliyi
ixtisası üzrə bakalavr təhsili alıb. Hal-hazırda
ABŞ-ın Corcia Texnologiya İnstitutunda Kibertəhlükəsizlik üzrə
magistr dərcəsində təhsilini davam etdirir.
Ruslan Dadayev karyerasına “Deloitte” şirkətində İnformasiya
Texnologiyaları risklərinin idarə edilməsi üzrə mütəxəssis kimi
başlayıb, daha sonra isə “Azərconnect” şirkətində İnformasiya
Təhlükəsizliyi üzrə Uyğunluq və Təminat Bölməsinin rəhbəri
vəzifəsində çalışıb. O, hazırda “AzInTelecom”
MMC-də İnformasiya Təhlükəsizliyi departamentinin direktorudur.