Haqqımızda
- Fakt TIER III, ISO 20000, ISO 22301 və ISO 27001 sertifikatlı əlçatanlıq zonalarında 24/7 rejimində texniki dəstəyin göstərilməsi.
- Dəyərlər İnsana dəyər - Peşəkar komanda, Etibarlılıq, İnnovativlik, Çeviklik, Şəffaflıq, Məxfiliyin qorunması.
- Baxış Müştərilərə öz əsas işlərilə məşğul olmağa imkan verən regional rəqəmsal həllər provayderi olmaq. Qürur duyulacaq rəqəmsal gələcəyi birlikdə quraq.
- Missiyamız Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etmək.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin 4 əsas xidmət istiqaməti var. Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən xidmətlər təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. Şirkətin loqotipi və korporativ rənglərinin yaradılması prosesində adları çəkilən prinsiplər əsas meyarlar kimi seçilərək şirkətin missiyası və gələcəkyönümlü planlarına uyğunlaşdırılıb. “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri bulud həlləri, Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Biznes həlləri və Mərkəzləşdirilmiş informasiya sistemlərindən ibarətdir.
Bulud həlləri - AzInTelecom Data Mərkəzləri Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycanda ən böyük əlçatanlıq zonasıdır. TIER III, ISO 20000, ISO 22301 və ISO 27001 sertifikatlarına layiq görülmüş Data Mərkəzləri iki istiqamətdə fəaliyyət göstərir: Korporativ Həllər və Hökumət Həlləri.
Biznes həlləri - “AzInTelecom” MMC ölkəmizin sürətli və keyfiyyətli rəqəmsal transformasiyası, rəqəmsal iqtisadiyyatımızın inkişaf etdirilməsi üçün bir sıra innovativ biznes həll təqdim edir. İT, bulud texnologiyaları və süni intellektə əsaslanan bu həllər vətəndaşların elektron xidmətlərə əlçatanlığını artırır, biznes subyektlərinin rəqəmsal inkişafını təşviq edir.
Mərkəzləşdirilmiş informasiya sistemləri - “AzInTelecom” MMC-nin mərkəzləşdirilmiş informasiya sistemlərinin yaradılmasında məqsəd vətəndaşlara, eləcə də sahibkarlara şəffaf və operativ xidmət göstərməkdən ibarətdir. Müvafiq informasiya sistemlərinin formalaşdırılması nəticəsində informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmə təmin edilir, bir sıra çatışmazlıq aradan qaldırılır. Bununla yanaşı, mərkəzləşdirilmiş informasiya sistemləri müəyyən istiqamətlər üzrə Böyük verilənlərin (data) toplanılmasına imkan yaradır.
Beynəlxalq səs trafiki - “AzInTelecom” MMC tərəfindən tətbiq olunan beynəlxalq səs trafikinin mübadiləsinin təşkili xidməti Azərbaycan Respublikası ilə dünya ölkələri arasında səs trafiki mübadiləsini alternativlik və yüksək keyfiyyətlə təmin edir. Trafik mübadiləsinin optimallaşdırılması məqsədilə “AzInTelecom” MMC-nin nəzdində yaradılmış IP əsaslı Beynəlxalq Kommutasiya Mərkəzi (IMS) beynəlxalq çıxış zənglərinin ən keyfiyyətli kanallarla yönləndirilməsini və marşrut seçiminin təkmilləşdirilməsini, IP-əsaslı səs kanallarının təşkilini və bütün ölkədaxili və beynəlxalq istiqamətlərdə alternativ arabağlantını təmin edir.
Siyasətlər:
Nailiyyətlər
- yerli və beynəlxalq tərəfdaş60+
- kvadrat metr server sahəsi700+
- peşəkar mütəxəssis350+
- beynəlxalq sertifikat7
Struktur
- Elxan Əzizovİdarə Heyətinin sədri
- Altay İsmayılovMaliyyə departamentinin direktoru
- Ruslan ƏliyevKommersiya departamentinin direktoru
- Əmir Vəlibəyovİnformasiya Texnologiyaları departamentinin direktoru
- Sadiq Yolçuyevİnformasiya Təhlükəsizliyi departamentinin direktoru
- Emin NovruzovRəqəmsal Həllər departamentinin direktoru
- Renat Rüstəmovİnsan Kapitalının İdarəolunması departamentinin direktoru
- Esmira SəmədovaLayihələrin İdarəolunması departamentinin direktoru
- Səməd SeyidovKeyfiyyətə Nəzarət departamentinin direktoru
- Kaul MəmmədovHüquq və Sənədlərə Nəzarət departamentinin direktoru
- Kamil BektaşiTəchizat Zəncirinin İdarəolunması departamentinin direktoru