“AzInTelecom” MMC-nin mərkəzləşdirilmiş informasiya sistemlərinin yaradılmasında məqsəd vətəndaşlara, eləcə də sahibkarlara şəffaf və operativ xidmət göstərməkdir. Müvafiq informasiya sistemlərinin formalaşdırılması nəticəsində informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmə təmin edilir, bir sıra çatışmazlıq aradan qaldırılır. Bununla yanaşı, mərkəzləşdirilmiş informasiya sistemləri müəyyən istiqamətlər üzrə Böyük verilənlərin (data) toplanılmasına imkan yaradır.