GİRİŞ

“AzInTelecom” MMC (AzInTelecom və ya Cəmiyyət) tərəfdaşlarının, müştərilərinin, həmçinin vebsayt vasitəsilə məlumatlarını təqdim edən İstifadəçilərin məxfiliyinin qorunmasına dair öhdəlik daşıyır.

“AzInTelecom” MMC-nin biznes prosesləri və şirkət fəaliyyəti əsasən müvafiq ISO standartlarına ISO 27001 və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.

Bu Məxfilik Siyasətini diqqətlə oxuyun və edilə biləcək hər hansı dəyişiklikləri nəzərdən keçirmək üçün vaxtaşırı səhifəyə yenidən daxil olun. (Bu veb-saytda dəyişiklik edilmiş şərtləri yerləşdirməklə istənilən vaxt bu Məxfilik Siyasətinə dəyişiklik edə bilərik. Bütün düzəliş edilmiş şərtlər, başqa şərt göstərilmədiyi təqdirdə, dərc edilmiş Məxfilik Siyasətində göstərilən tarixdə avtomatik olaraq qüvvəyə minir.)

MƏLUMATLARIN TOPLANILMASI VƏ İSTİFADƏSİ

“AzInTelecom” İstifadəçinin könüllü olaraq “AzInTelecom”a ötürdüyü, aşağıdakı qeyd edilən məlumatları toplaya bilər:

  • İstifadəçinin adı
  • İstifadəçinin soyadı
  • Əlaqə nömrəsi
  • Elektron poçt ünvanı

Toplanılan məlumatlar yalnız bu Məxfilik Siyasətində  müəyyən edilən hallarda toplana bilər. Həmin hallar aşağıdakılardır:

  • Veb sayt vasitəsi ilə CV göndərərkən
  • İdeyanı paylaş  bölməsində fikirlərinizi bölüşərkən
  • Vebsayt vasitəsilə “AzInTelecom”a sorğu göndərərkən

Toplanan məlumatlar aşağıdakı məqsədlər ilə istifadə oluna bilər:

  • İstifadəçinin sorğusuna cavab hazırlayan zaman
  • Bazar araşdırması, təhlil analitik məqsədləri və proses, xidmət və məhsulların təkmilləşdirilməsi üçün
  • Tədbirlərimiz, xidmətlərimiz, məhsullarımız və yeniliklərimiz barədə məlumat vermək üçün

 İstifadəçi hər zaman gələcəkdə oxşar məlumatlar almaqdan imtina edə və ya bütün fərdi məlumatlarının silinməsinə dair sorğu göndərə bilər.

İstifadəçilərin “AzInTelecom”da saxlanılan məlumatları onların razılığı olmadan satıla və/və ya üçüncü bir şəxslə paylaşıla bilməz.

“COOKİE” SİYASƏTİ

Kukilər kompüteriniz, planşetiniz və ya mobil telefonunuzda saxlanılan kiçik mətn fayllarıdır. Bu fayllarda sizin IP adresiniz, istifadə olunan brauzer proqramının növü, saytdan istifadənin tarixi və müddəti, saytın istifadə etdiyiniz bölmələri və sairə haqqında məlumatlar saxlanılır. “AzInTelecom” bir çox veb saytlarda olduğu kimi, veb sayt İstifadəçiləri üçün xidmət səviyyəsinin artırılması məqsədilə kukilərdən və digər texnologiyalardan faydalanır.

Kukilərdən istifadə olunmasını qəbul etmirsinizsə veb saytı tərk etməli və ya kuki seçimlərinizi hazırki Məxfilik siyasətində göstərilən qaydada dəyişdirməlisiniz. Kukilərə icazə verilmədiyi halda veb saytdakı bəzi funksiyaların öz funksiyonallığını itirə biləcəyini nəzərə almağınızı xahiş edirik.

Əlavə olaraq “AzInTelecom”  statistik məqsədlər üçün üçüncü tərəflərin kukiləri vasitəsilə məlumatı toplayır. “AzInTelecom” bu prosesi azintelecom.az  veb saytından istifadəni izləmək və təhlil etmək məqsədilə “Google” tərəfindən təqdim edilən “Google Analytics” xidməti vasitəsilə həyata keçirir.

Kukilərin istifadəsini özünüz tənzimləyə bilərsiniz. Belə ki, brauzerinizin tənzimləmələri vasitəsilə kukilərin deaktiv edilməsini və ya əvvəlcədən razılığınız olmadığı halda kompüterinizdə, mobil cihazınızda saxlanılmamasını təmin edə bilərsiniz. Kukiləri qəbul etmədiyiniz halda, azintelecom.az veb saytını  daha effektiv edən bir çox xüsusiyyətləri istifadə edə bilməyəcəksiniz və bəzi xidmətlərimiz tam işləməyəcək.

MƏLUMATLARIN QORUNMASI

“AzInTelecom” Sizin  məlumatlarınızı  qorumaq üçün çalışır. Bunun üçün biz müxtəlif təhlükəsizlik texnologiyalarından və informasiyanın icazəsiz girişdən, istifadədən və ya açıqlanmasından qorunmasına yönələn tədbirlərdən istifadə edirik. İstifadə etdiyimiz tədbirlər sizin məlumatlarınızın emalı riskinə uyğun təhlükəsizlik səviyyəsini təmin etmək üçün nəzərdə tutulmuşdur.

“AzInTelecom”, öz qəsdi və ya kobud səhvindən yaranan birbaşa zərərlər istisna olmaqla, veb saytın istifadəsi nəticəsində meydana gələ biləcək birbaşa və ya dolayı zərərə görə heç bir halda məsuliyyət daşımır.

Bu Məxfilik Siyasəti ilə bağlı  hər hansı bir sualınız və təklifiniz varsa, bizə info@azintelecom.az elektron ünvanı vasitəsi ilə müraciət edin.

Son yenilənmə tarixi: 17.06.2021