Rəqəmsal gələcəyi birlikdə quraq!

AZƏRBAYCAN TELEFON RABİTƏSİ - 140 il
06 Dek, 2021
Azərbaycanda telefon rabitəsinin yaradılmasının 140 illiyi ilə bağlı silsilə tədbirlər həyata keçiriləcək.

"AzInTelecom” MMC 2015-ci ilin iyun ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı ilə yaradılıb. "AzInTelecom" MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafiki mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və "AZCLOUD" bulud xidmətlərindən ibarətdir. "AzInTelecom” MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeliyində fəaliyyət göstərir.

  • Bulud xidmətləri
    AZCLOUD - Azərbaycan və Cənubi Qafqaz regionunda TIER III, ISO 20000, ISO 22301 və ISO 27001 sertifikatlarına layiq görülmüş Əlçatanlıq Zonalarına malik bulud provayderidir. AZCLOUD üç istiqamətdə fəaliyyət göstərir: AZCLOUD, AZCLOUD Korporativ Həllər və AZCLOUD Hökumət Həlləri.
    Daha çox
  • Beynəlxalq səs trafiki
    “AzInTelecom” MMC dünya telekommunikasiya bazarında xüsusi yeri, çəkisi, müasir tələblərə cavab verən son texnologiyalarla təmin edilmiş şəbəkələri olan Avropa, Asiya və Amerikanın ən böyük telekom operatorları ilə mövcud olan birbaşa kanallar üzərindən yüksəkkeyfiyyətli və dayanıqlı səs trafikini mübadilə edir və qarşılıqlı hesablaşmalar aparır.
    Daha çox
  • Sertifikatlaşdırma
    “AzInTelecom” MMC 01.12.2017-ci il tarixindən etibarən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS İSO/İEC 17065:2014 və AZS İSO/İEC 17025-2009 standartlarına uyğun akkreditasiyadan keçmiş və TVQ-lərə sertifikat verilməsinə hüquq verən akkreditasiya attestatlarına sahib olmuşdur.
    Daha çox