Vahid Nömrə Satışı Sistemi - mobil nömrələrin satışının mərkəzləşmiş qaydada, ümumi müddəalara uyğun, sistemli şəkildə aparılmasına imkan verir. Nömrə satışı zamanı ərizəçiyə aid məlumatlar informasiya sistemləri vasitəsilə eyniləşdirilərək operatorların və AzInTelecom-un vahid məlumat bazasına onlayn rejimdə elektron formada daxil edilir.

Vahid Nömrə Satışı Sisteminin üstünlükləri:

  • Sistem üzərindən informasiya mübadiləsinin aparılması mümkündür;
  • Mobil operatorlar üzrə abunəçi bazaları FİN-ə uyğunlaşdırılır;
  • Vətəndaşlara istənilən dövlət qurumlarının bildirişlərini (məhkəmə, şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi, banklar, kommunal borclar, rabitə borcları, cərimələr və s.) göndərmək mümkündür;

İstənilən portalda qeydiyyatdan keçərkən mobil nömrənin istifadəçinin öz adına olmaması və ya qrammatik səhvlər səbəbindən yaranan problemlər aradan qalxır.