AZƏRBAYCAN RESPUBLİKASINDA TELEKOMMUNİKASİYA VASİTƏLƏRİNİN VƏ QURĞULARININ SERTİFİKATLAŞDIRILMASI

Telekommunikasiya vasitələrinin və qurğularının (TVQ) sertifikatlaşdırılmasının əsas vəzifəsi respublikada telekommunikasiya vasitələri və qurğuları bazarının yaradılması və saxlanması, TVQ-nin texniki parametrlərinin Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan telekommunikasiya şəbəkələrinin (QTŞ) tələblərinə, milli, beynəlxalq, dövlətlərarası və digər normativ sənədlərin tələblərinə cavab verməsi faktını müəyyənləşdirməkdir.

Xidmətin göstərilməsi “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin № 175 saylı 21 avqust 1998-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydalarının (AZ 031.01)” tələblərinin yerinə yetirilməsini təmin edir.

“Sertifikatlaşdırma qaydalarına” əsasən TVQ-lərin sertifikatlaşdırılması mərkəzi olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (hazırki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən) TVQ-lərin sertifikatlaşdırılması işləri üzrə bəzi funksiyaların “AzInTelecom” MMC-yə ötürülməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin № 0010 saylı 13 fevral 2017-ci il tarixli Əmri ilə təsdiq edilib.

TVQ-lərin sertifikatlaşdırılması funksiyalarını “AzInTelecom” MMC-nin Əməliyyatlar departamentinin Sertifikatlaşdırma şöbəsi yerinə yetirir. Sertifikatlaşdırma şöbəsinə Sınaq laboratoriyası bölməsi və İstismara nəzarət və sertifikatların hazırlanması bölməsi daxildir. Sertifikatların verilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilir.

TVQ-lərin sertifikatlaşdırılmasına TVQ-lərin uyğunluq sınaqlarının keçirilməsi, uyğunluğunun qiymətləndirilməsi və nəticələrinin sənədləşdirilməsi daxildir. Uyğunluğu təsdiq edilmiş TVQ-nin sahibinə uyğunluq sertifikatı verilir, təsir müddəti – verilmə tarixindən 1 (bir) il.

Xidmət ödənişlidir, sertifikatlaşdırılacaq TVQ-lərin növləri və modellərinin sayı ilə müəyyən edilir və sertifikatlaşdırmanın nəticələrindən asılı deyil.

Sertifikatlaşdırılan TVQ-lərin bir qisminin, o cümlədən mobil telefonların və mobil şəbəkəni dəstəkləyən digər növ cihazların, daşınan radiostansiyaların, IEEE 802.11 (Wi-Fi) və IEEE 802.15.1 (Bluetooth) dəstəkləyən cihazların Sınaq laboratoriyası bölməsində radiotezlik spektrindən istifadə üzrə uyğunluq sınaqları keçirilir.

“AzInTelecom” MMC-nin Sertifikatlaşdırma şöbəsi və Sınaq laboratoriyası bölməsi “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi (AZAK) tərəfindən akkreditasiya olunmuşdur və müvafiq akkreditasiya attestatlarına və akkreditasiya sahələrinə malikdir.

SINAQ LABORATORİYASISERTİFİKATLAŞDIRMA ŞÖBƏSİ (SŞ)
AZS ISO/IEC 17025:2020 (az)
(ISO/IEC 17025:2017, IDT)

“Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər”
AZS ISO/IEC 17065:2021 (az)
(ISO/IEC 17065:2012, IDT)

“Uyğunluğun qiymətləndirilməsi – Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdınlmasını aparan orqanlara dair tələblər”
SL Akkreditasiya Attestatı (yüklə)
№ AZ 01.0533.02.21 (23.04.2021 – 23.01.2024)
SŞ Akkreditasiya Attestatı (yüklə)
№ AZ 02.0553.01.21 (14.06.2021 – 14.06.2024)
SL Akkreditasiya sahəsi (yüklə)SŞ Akkreditasiya sahəsi (yüklə)
SL Qərəzsizlik və müstəqillik barədə bəyannamə (yüklə)
SL Keyfiyyət sahəsində siyasət barədə bəyannamə (yüklə)
SŞ Qərəzsizlik və müstəqillik barədə bəyannamə (yüklə)
SŞ Ayrı-seçkiliyin qarşısının alınması barədə bəyannamə (yüklə)
SŞ Məxfiliyin qorunması barədə bəyannamə (yüklə)
SŞ Keyfiyyət sahəsində siyasət barədə bəyannamə (yüklə)

SERTİFİKATLAŞDIRMAYA MÜRACİƏT QAYDASI

Sınaq laboratoriyasının akkreditasiya sahəsinə daxil olan sertifikatlaşdırılacaq TVQ-lər mütləq qaydada sınaqlara cəlb edilir və bunun üçün Sifarişçi TVQ-lərin nümunələrini təqdim etməlidir (həm ilkin sertifikatlaşdırma zamanı, həm də verilmiş sertifikatın təsir müddətinin artırılması zamanı). TVQ-lərin nümunələrinin təhvil-təslim prosesi akt şəklində rəsmiləşdirilir (yüklə).

Tələb edilən TVQ-lərin nümunələrinin və sənədlərin təqdim edilməsi şərtilə sertifikatlaşdırma sifarişi qeydiyyata alınır və icra edilir.

Tələb edilən sənədlər siyahısı:

1. Sifariş blankı (yüklə).

2. TVQ-lərin normativ-texniki sənədləri və texniki təsvir sənədləri.

2.1. Texniki təsvir, pasport, spesifikasiyalar (ing. Technical Description, Datasheet, Specifications; rus. Техническое Описание, Паспорт, Спецификации) – məhsulun qiymətləndirilən parametrlərinin təsviri toplusu.

2.2. Uyğunluq bəyannaməsi (ing. Declaration of Conformity, DoC; rus. Декларация Соответствия) – istehsalçının nəşr etdiyi sənəd, məhsulun hansı texniki reqlamentlərə və normativ sənədlərə (standartlara) uyğun olduğunu bəyan edir.

2.3. Uyğunluq sertifikatı (ing. Certificate of Compliance, CoC; rus. Сертификат Соответствия) – digər sertifikatlaşdırma orqanı tərəfindən verilmiş uyğunluq sertifikatı.

2.4. Sınaq nəticələri, sınaq protokolu (ing. Test Report; rus. Отчёт по Испытаниям, Протокол Испытаний) – məhsulun uyğunluq sınaqlarının təşkili şərtlərini və nəticələrini təsvir edən sənəd, uyğunluğun qiymətləndirilməsində tətbiq edilən əsas sənəddir.

3. TVQ-lərin mənşə sənədləri.

3.1. Mənşə sertifikatı (ing. Certificate of Origin, CoO; rus. Сертификат Происхождения) – istehsalçı və ya tədarükçü tərəfindən verilir.

3.2. İnvoys (ing. Invoice; rus. Инвойс) – məhsulun kimdən alındığını təsdiq edir. İki növ invoys təqdim edilə bilər: satın-alınan məhsullar üçün invoys (ing. Commercial Invoice; rus. Коммерческий Инвойс) və ya sertifikatlaşdırma sınaqları və ya nümayiş məqsədi ilə əldə ediləcək məhsullar üçün invoys (ing. Non-Commercial Invoice; rus. Некоммерческий Инвойс).

3.3. Gömrük bəyannaməsi – məhsulların Azərbaycan Respublikasının ərazisinə idxal edildiyini təsdiq edən sənəd.

Sertifikatlaşdırmaya ilk dəfə müraciət edən Sifarişçi xidmət müqaviləsinin bağlanılması üçün aşağıdakı sənədləri təqdim etməlidir:

1. Hüquqi şəxslər üçün.

1.1. Nizamnamə.

1.2. Hüquqi şəxsin vergi uçotu haqqında şəhadətnaməsi (VÖEN).

1.3. Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin reyestrindən çıxarış.

1.4. Bank rekvizitləri.

2. Fiziki şəxslər üçün.

2.1. Şəxsiyyət vəsiqəsi.

2.2. Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməsi (VÖEN).

2.3. Bank rekvizitləri.

ƏLAQƏ

Müraciət sənədlərinin və TVQ-lərin nümunələrinin təhvil-təslimi – Sertifikatlaşdırma şöbəsi: AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Droqal döngəsi, məhəllə 702, mərtəbə 8, otaq 823.

Sertifikat blanklarının və sınaq protokollarının təhvil verilməsi – “AzInTelecom” MMC-nin inzibati binası: AZ1009, Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 74.

Sertifikatlaşdırma xidməticertificate@azintelecom.az
012 200 01 71
012 200 00 57
012 200 01 75
012 200 01 66
Sınaq laboratoriyası bölməsitvq.testing.lab@azintelecom.az
012 200 01 77
İdxala xüsusi icazənin alınması –
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Texnoloji inkişaf şöbəsi
tech.development@mincom.gov.az
012 598 58 58
daxili 266/267/272/120
Elektron müraciəthttps://www.e-gov.az/az/services/read/2888/0