“AzInTelecom” MMC Biznesin Davamlılığı İdarəetmə Sistemi standartı üzrə ISO 22301:2019 sertifikatını yeniləyib
19 Apr, 2023

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC Norveçin “DNV GL” şirkəti tərəfindən aparılan müstəqil auditindən keçərək Biznesin Davamlılığı İdarəetmə Sistemi standartı üzrə sertifikatını (ISO 22301:2019) yeniləyib.

Bu sertifikat “AzInTelecom” MMC və data mərkəzləri əsasında xidmət göstərən bulud həllərinin dayanmalar zamanı fəaliyyətini davam etdirməsinin mümkünlüyünü təsdiq edir. Belə ki, bu növ sertifikat, fəlakətlərdən müdafiə, onların qarşısının alınması və fəlakət baş verdiyi halda biznesin az zərərlə bərpa edilməsi üçün şirkətlərə təqdim olunur.

“AzInTelecom” MMC indiyədək beynəlxalq təşkilatlar tərəfindən İT xidmətlərinin göstərilməsi və idarə edilməsi üzrə ISO/IEC 20000-1:2018 və informasiya təhlükəsizliyi üzrə ISO/IEC 27001:2013 standartı, eləcə də TIER III standartının uyğunluq sertifikatına da layiq görülüb.