Doğum tarixi: 08.11.1981

Sadiq Yolçuyev Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat ixtisası üzrə bakalavr dərəcəsi,  İnformatika və hesablama texnikası, Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatlaşdırılmış layihələşdirmə sistemləri (sahələr üzrə) ixtisası üzrə magistr təhsili alıb.

S.Yolçuyev Azərbaycan Respublikası Mərkəzi Bankında Böyük təhlükəsizlik inzibatçısı, Dövlət Xəzinədarlığı Agentliyində İnformasiya texnologiyaları şöbəsinin müdir müavini vəzifələrində çalışıb. O, hazırda “AzInTelecom” MMC-də İdarə Heyəti sədrinin müşaviridir.