Doğum tarixi: 15.08.1989

Səməd Seyidov Qafqaz Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə, İqtisadçı-menecer ixtisası üzrə bakalavr dərəcəsi,  Azərbaycan Dövlət Neft Akademiyasının Biznesin təşkili və İdarəolunması ixtisası üzrə magistr təhsili alıb. 

S.Seyidov “AzMeCo” MMC-də Keyfiyyət üzrə Menecer, “Aztexnika” MMC-də Keyfiyyət şöbəsinin Müdiri, “Gilan Construction Group” MMC-də Keyfiyyət üzrə Menecer, “İncert” MMC-də İdarəetmə sistemləri üzrə məsləhətçi, “PMD Projects” MMC-də Keyfiyyət Təminatı Rəhbəri vəzifələrində çalışıb. Hazırda “AzInTelecom” MMC-nin Keyfiyyət təminatı departamentinin direktorudur.