Doğum tarixi: 10.04.1987

Renat Rüstəmov Azərbaycan Dillər Universitetinin Regionşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi, “CIPD CHRM” və “Mannheim Business School – GIZ Manager Training Programme” üzrə təhsil alıb.

“Bakcell” MMC və “Paşa Construction” şirkətlərində İnsan resursları üzrə mütəxəssis, “Aztikintiyol” MMC/ “Aztexniki LTD” MMC/ “Azuniversal-Motors” MMC/ “AzTransport-A” MMC Şirkətlər Qrupunun İnsan resursları departamentinin rəisi, “PMD” Şirkətlər Qrupuna daxil olan “Yalama Aqropark” MMC-nin Baş direktor müavini, “STP Global Cable” MMC-də İnsan Resursları departament direktoru, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzinin İnsan Resurslarının idarəolunması şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda “AzInTelecom” MMC-nin İnsan Kapitalının İdarəolunması departamentinin direktorudur.