Doğum tarixi: 27.09.1988

Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Kibernetika ixtisası üzrə 2009-cu ildə bakalavr dərəcəsinə, 2012-ci ildə isə Durham University-də Mühasibat Uçotu və Maliyyə sahəsi üzrə magistr (MSc) dərəcəsinə yiyələnib. Həmçinin, "Association of Chartered Certified Accountants" (ACCA) sertifikatlarına sahibdir.

Altay İsmayılovun xarici audit, daxili audit, layihə maliyyələşməsi, maliyyə nəzarəti və bizneslərin inteqrasiyası sahələri üzrə 10 ildən artıq təcrübəsi vardır. Əlavə olaraq, müəssisənin maliyyələşməsi, beynəlxalq hesabatlılıq və audit, daxili nəzarət və daxili audit və mühasibat uçotu sahələri üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin həm bakalavr, həm də magistr dərəcələri üzrə akademik təcrübəyə sahibdir.

Altay İsmayılov 2021-ci ilin mart ayından “AzInTelecom” MMC-nin Maliyyə departamentinin direktoru vəzifəsində çalışır.