Doğum tarixi: 14.07.1990

Elxan Əzizov Prezident yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət idarəçiliyi ixtisası üzrə bakalavr, ABŞ-ın Corcia Dövlət Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkil etdiyi MBA proqramı çərçivəsində Biznesin idarəedilməsi ixtisası üzrə magistr təhsili alıb, müxtəlif beynəlxalq kursları, eləcə də "Global Innovation Catalyst LLC" (GIC) və Stenford Universitetinin birgə təşkil etdiyi "Biznesin idarəedilməsi" kursunu uğurla bitirib.

E.Əzizov əmək fəaliyyətinə Nərimanov Rayon İcra Hakimiyyətində başlayıb, daha sonra “Edumedia – Azərbaycan” şirkətinin Baş direktoru, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktor müavini işləyib.