Doğum tarixi: 15.02.1993

Azərbaycan Dövlət Neft Akademiyasının Elektroenergetika Mühəndisliyi ixtisası üzrə 2014-cü ildə bakalavr dərəcəsinə yiyələnib. O, həmçinin “Amazon Web Services”, “VMware Softaware Solutions” “Hardware & Softaware Firewalls”, “Sales Development Representative Professional”, “Google Business Intelligence Professional”, “Leadership Essentials”, “Business Management Graduate” istiqamətləri üzrə beynəlxalq sertifikatlara malikdir.

Fərrux Fərəcullayev məhsulun bütün mərhələlərdə inkişafı, bazarda tətbiqi, sistem inzibatçılığı, bulud həllərinin tətbiqi, biznesin inkişafı və digər sahələr üzrə 10 ildən artıq peşəkar təcrübəyə malikdir. O, “AzInTelecom” MMC-də peşəkar fəaliyyətinə 2017-ci ildə başlayıb, 2023-cü ilin may ayından Kommersiya departamentinin direktoru vəzifəsində çalışır.