Doğum tarixi: 15.08.1989
Səməd Seyidov Qafqaz Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə, İqtisadçı-menecer ixtisası üzrə bakalavr dərəcəsi, Azərbaycan Dövlət Neft Akademiyasının Biznesin təşkili və İdarəolunması ixtisası üzrə magistr təhsili alıb. Hazırda Azərbayancan Texnologiya Universitetində "Müəssisələrin idarə edilməsi üzrə" istiqaməti üzrə doktorantura təhsilini davam etdirir.
S.Seyidov “AzMeCo” MMC-də Keyfiyyət üzrə Menecer, “Aztexnika” MMC-də Keyfiyyət şöbəsinin Müdiri, “Gilan Construction Group” MMC-də Keyfiyyət üzrə Menecer, “İncert” MMC-də İdarəetmə sistemləri üzrə məsləhətçi, “PMD Projects” MMC-də Keyfiyyət Təminatı və Keyfiyyətə Nəzarət şöbəsinin müdir müavini vəzifələrində çalışıb. “AzInTelecom” MMC-nin Keyfiyyət təminatı departamentinin direktoru vəzifəsində işləyib.