Doğum tarixi: 05.07.1991
Fərid İsmayılzadə Azərbaycan Dövlət İqtisad Universitetində İnformatika işlənməsi və idarəetmənin avtomatlaşdırılması sistemləri üzrə təhsil alıb. İnformasiya texnologiyaları sahəsində bir sıra yerli və xarici şirkətlərdə aparıcı vəzifələrdə çalışıb.
2018-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində elektron imzalar və kriptoqrafiya üzrə sektor müdiri vəzifəsində işə başlayıb. 2022-ci ildə “AzInTelecom” MMC-də Etimad Xidmətləri Şöbəsinin müdiri təyin olunub. Kriptoqrafiya, elektron imzanın inkişafı və təkmilləşdirilməsi üzrə böyük təcrübəyə malik olan F.İsmayılzadə bu sahədə bir sıra layihələrə rəhbərlik edib.
Fərid İsmayılzadə 2024-cü ilin avqust ayından “AzInTelecom” MMC-də İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışır.