Sertifikatlaşdırma üzrə xidmətlər - telekommunikasiya vasitələri və qurğularına (TVQ) uyğunluq sertifikatı verilməsi üçün müraciətlərə baxılması, TVQ-lərin respublikanın qarşılıqlı əlaqəli telekommunikasiya şəbəkəsinə (QTŞ) uyğunluğuna dair sınaq laboratoriya testlərinin aparılması və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının qanununa əsasən uyğunluq sertifikatlarının verilməsindən ibarətdir.

“AzInTelecom” MMC 2017-ci il dekabrın 1-dən etibarən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən AZS İSO/İEC 17065:2014 və AZS İSO/İEC 17025-2009 standartlarına uyğun akkreditasiyadan keçən və TVQ-lərə sertifikat verilməsinə hüquq verən akkreditasiya attestatlarına sahibdir. 2022-ci ildə standartın AZS ISO/IEC 17025-2020-ci il versiyasına keçid nəzərdə tutulub.

Xidmət fərdi sahibkarlar, hüquqi şəxslər və dövlət orqanları üçün nəzərdə tutulub, fiziki və elektron qaydada həyata keçirilir. Xidmət ödənişlidir və müqavilə şərtlərinə əsasən ödəniş sifarişçi tərəfindən həyata keçirilir. Xidmətin göstərilməsi nəticəsində “AzInTelecom” MMC tərəfindən sifarişçinin istehsal, idxal, ixrac və ya realizə etdiyi TVQ-lərə QTŞ-yə uyğunluq sertifikatı verilir. Sertifikatın verilməsi üçün tələb olunan sənədlər:

1. Xidmətin göstərilməsi üçün sifarişçinin müraciət ərizəsi;
2. İcraçı tərəfindən tərtib olunan tərəflər arasında müqavilə (2 nüsxə);
3. Sifarişçinin vergi uçotuna alınması haqqında müvafiq sənədin surəti (VÖEN);
4. Rabitə avadanlığının Mənşə sertifikatı;
5. Rabitə avadanlığına istehsalçı tərəfindən verilmiş uyğunluq bəyannaməsi (sertifikatı)
6. İstehsalçının test-sınaq nəticələrinin surəti;
7. Rabitə avadanlığının Texniki pasportu.

Xidmətdən elektron istifadə üçün aşağıdakı linkdən istifadə edin:

https://www.e-gov.az/az/services/read/2888/0

Akkreditasiya attestatları

Bəyannamələr

Əlavə məlumat üçün 012 200 01 70 və ya 012 498 18 66  nömrələrinə zəng edin.