“AzInTelecom” maliyyə mütəxəssisləri üçün əlverişli “1C” xidmətini təklif edir
30 İyn, 2021

“AzInTelecom” MMC “Hesabdar.az” platforması ilə birgə Azərbaycan Qanunvericiliyi, Beynəlxalq Dövlət Sektoru Mühasibatlıq Standartları (IPSAS) vəBeynəlxalq Maliyyə Hesabatı Standartlarına (IFRS) cavab verən “1C 8.3” bulud əsaslı mühasibatlıq xidmətini təklif edir.

“Azcloud Enterprise” bulud xidmətləri nəzdində təqdim olunan “1C” proqram təminatı, kiçik və orta bizneslərə, həmçinin böyük şirkətlərə mühasibatlıq, satınalmalar, istehsalat, satış, insan resursları və əməkhaqqı hesablanması, maliyyə və anbar hesabatlarını güvənli, təhlükəsiz şəraitdə aparmağa imkan yaradır. Yüksək keyfiyyət, əlverişli abunə şərtləri, məlumatların 72 saat ərzində bulud xidmətlərilə rezervlənməsi, həmçinin “Hesabdar.az” tərəfindən 24/7 saat müştəriyə dəstək xidmətin üstünlüklərinə daxildir. Təqdim edilən proqram təminatının konfiqurasiyasında sazlanmaların və düzəlişlərin aparılması haqqında istifadəçi yazılı şəkildə məlumatlandırılır və vaxtında rezervləmələr aparılır. Yeni istifadəçilərə xidmətdən rahat şəkildə yararlana bilmələri üçün təlimlərin keçirilməsi nəzərdə tutulur. 

Müştərinin servisə qoşulma müddəti, məlumatların təqdim olunmasından ən gec 48 saat ərzində aktivləşdirilir. Hesabın aktivləşdirilmə prosesindən dərhal sonra müştəri müvafiq xidmətlərdən istifadəyə başlaması üçün “Hesabdar.az” səhifəsinə yönləndirilir. Daha ətraflı: https://enterprise.azcloud.az/az/view/pages/11  

Qeyd edək ki, “AzInTelecom” MMC beynəlxalq auditdən keçərək biznesin davamlılığı idarəetmə sistemi standartı (ISO 22301) sertifikatına layiq görülmüş ilk Azərbaycan şirkətidir. Bu sertifikat “AzInTelecom” və onun əlçatanlıq zonası əsasında xidmət göstərən “Azcloud” bulud həllərinin əlverişsiz şəraitdə də fəaliyyətini davam etdirməsinin mümkünlüyünü təsdiq edir. Eyni zamanda “AzInTelecom” MMC-nin Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER 3”, informasiya texnologiyaları xidmətləri üzrə idarəetmə sistemi standartı (ISO 20000) və informasiya təhlükəsizliyi üzrə idarəetmə sistemi standartı (ISO 27001) sertifikatlarına malik ilk əlçatanlıq zonası əsasında “Azcloud” bulud, “Azcloud Enterprise” və “Hökumət həlləri” xidmətləri göstərilir.