Latest news
- Azərbaycan və Özbəkistan saxta IMEI kodlarına qarşı birgə mübarizə aparacaq 22 Nov, 2022
- Gənclər və İdman Nazirliyi İT sistemlərini “Hökumət buludu”na köçürür 18 Nov, 2022
- Azintelecom provides cybersecurity services for public and private entities 24 Jun, 2022
- The story of two young people who acquired international IT certificates without higher education 24 Jun, 2022
- Minister Rashad Nabiyev got himself acquainted with the activities of the Access Zone in Yevlakh 24 Jun, 2022
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 3 iyun 2019-cu il tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən dövlət qurumları ilə qarşılıqlı işlər davam etdirilir. Dövlət təşkilatlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiyası həyata keçirilir.
Gənclər və İdman Nazirliyi xidmət səviyyəsinin artırılması və daha çevik həllərə malik olmaq məqsədilə İT sistemlərinin “Hökumət buludu”na miqrasiyası çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi IaaS (İnfrastructure – as a Service) bulud infrastrukturu xidmətini əldə edib. Həmçinin nazirliyin “Microsoft Windows Server” məhsulları ilə təmin edilməsi də həyata keçirilib. Hazırda nazirliyin “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzində təqdim edilən Rezervləmə (BaaS – Backup as a Service) bulud xidmətindən yararlanması ilə bağlı danışıqlar davam etdirilir.
Virtual infrastrukturların Data Mərkəzində yerləşdirilməsi, şifrləmə vasitələrindən istifadə etməklə məlumatların saxlanılması bulud infrastrukturu üçün zəruri olan təhlükəsizliyi təmin edir.
Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur. “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir