Mobil Nömrədaşıma Xidməti abunəçinin nömrəsinin operatorun prefiksi ilə birgə tam miqrasiyasına imkan verir. Ölkəmizdə fəaliyyət göstərən bütün mobil operatorlar Mobil Nömrədaşıma Xidmətinə qoşulub.
Mobil Nömrədaşıma Xidmətinin üstünlükləri:
Mövcud telekommunikasiya bazarında rəqabətin artırılması;
Operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi;
Nömrə resurslarından səmərəli istifadənin təmin edilməsi;
İstehlakçı hüquqlarının qorunması;
Abunəçilərin daha səmərəli xidmət təklif edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaq.