Son xəbərlər
- Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı 09 Dek, 2024
- “AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda 04 Dek, 2024
- “AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib 29 Noy, 2024
- Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb 28 Noy, 2024
- “AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib 26 Noy, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza maliyyə qurumları ilə əməkdaşlıq çərçivəsini genişləndirməyə davam edir.
“SİMA İmza” ilə xidmətlərini rəqəmsallaşdıran növbəti maliyyə qurumu “Azər-Türk Bank” (ATB) olub. Artıq vətəndaşlar ATB-nin debet kartlarını yeni nəsil rəqəmsal imza vasitəsilə banka getmədən və heç bir sənəd təqdim etmədən onlayn şəkildə sifariş edə bilərlər.
Bunun üçün atb360 mobil tətbiqində müraciət yaradıb, daha sonra müraciəti SİMA yeni nəsil rəqəmsal imza ilə onlayn şəkildə imzalamaq kifayətdir. Vətəndaşlar kartı götürmək istədiyi filialı özləri seçə bilərlər.
Qeyd edək ki, kart sifarişi pulsuzdur və qeyri-iş günləri də daxil olmaqla günün istənilən saatında həyata keçirmək mümkündür. Müştərilər kartın hazırlanma statusunu tətbiq üzərindən izləyə bilərlər.
“SİMA İmza” ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. Azərbaycan vətəndaşları, fərdi sahibkarlar və Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər olduqları yerdən elektron xidmətlərdən yararlanırlar.
Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
Mobil tətbiqi yükləməklə əldə olunan “SİMA İmza” vətəndaşlar üçün tam pulsuzdur. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.