E-taxes.gov.az portalına kod-parol əvəzinə SİMA Token ilə daxil ol!
11 Sen, 2023

2024-cü il yanvarın 1-dən etibarən vergi ödəyicilərinin e-taxes.gov.az portalında

elektron kabinetlərinə vergi orqanı tərəfindən verilmiş kod-paroldan istifadə etməklə

daxil olmaq imkanları məhdudlaşdırılacaq. Vergi ödəyiciləri elektron kabinetə yalnız

gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə daxil ola biləcəklər.

Bu dəyişikliyi nəzərə alaraq diqqətə çatdırmaq istəyirik ki, Rəqəmsal İnkişaf və

Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış

SİMA Token gücləndirilmiş elektron imza vergi ödəyiciləri üçün rahat və təhlükəsiz giriş

imkanı təqdim edir.

SİMA Token ilə e-taxes.gov.az saytında elektron kabinetə daxil olaraq bütün xidmətlərin

icrasını həyata keçirmək mümkündür. Bura vergi bəyannamələrinin elektron qaydada

təqdim edilməsi, “Əmək müqaviləsi Bildirişi”nin elektron qeydiyyata alınması, mal, iş və

xidmətlərlə bağlı elektron qaimə-faktura göndərilməsi və digər elektron xidmətləri aid

etmək olar.

Qeyd edək ki, SİMA Token “AzInTelecom” MMC-nin yaratdığı SİMA rəqəmsal həllər

platformasına daxildir. İmza tələb edilən bütün sahələrdə tətbiqi mümkün olan SİMA

Tokeni vətəndaşlar, hüquqi şəxslər, sahibkarlar və dövlət qurumları əldə edə bilərlər.

SİMA Token imza sertifikatı birdəfəlik ödəniş əsasında 3 illik verilir və aylıq ödənişə

ehtiyac yoxdur. Üç iş günü ərzində hazır olan imza sertifikatının alınması zamanı vaxt itkisinin aradan qaldırılması məqsədilə token.sima.az saytı vasitəsilə onlayn müraciət imkanı mövcuddur. Həmçinin vətəndaşlar Bakı şəhərində Üzeyir Hacıbəyli küçəsi 72 ünvanında yerləşən Mərkəzi Poçt Şöbəsindən, bölgələrdə isə poçt şöbələrinə müraciət edərək SİMA Token əldə edə bilərlər.

İstifadəçilər SİMA Token imza sertifikatının itirilməsi, oğurlanması, texniki zədələnməsi

hallarında, eləcə də digər çətinlik və suallarla əlaqədar “AzInTelecom” MMC-nin “157”

Çağrı Mərkəzinə zəng edə bilərlər.