“Bir şəhəri nə ağıllı edir?” sualına müxtəlif yanaşmalar ilə müxtəlif cavablar mövcuddur. Ümumilikdə “ağıllı şəhər” “şəhər daxilində olan əməliyyatları daha yaxşı başa düşmək, onları idarə edə bilmək və məhdud resursların optimallaşdırılması” kimi şərhləndirilir. Digər bir yanaşmada isə, “ağıllı şəhər” əməliyyat səmərəliliyini artırmaq, məlumatı ictimaiyyətlə bölüşmək və daha keyfiyyətli dövlət xidmətləri və vətəndaşların rifahını təmin etmək üçün informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməsi kimi qiymətləndirilir. 


    “Ağıllı şəhər” müxtəlif proqram təminatlarından, istifadəçi interfeyslərindən və kommunikasiya şəbəkəsindən istifadə edərək Əşyaların İnterneti (IoT) vasitəsilə əhaliyə bağlı həlləri çatdırmaqdır. “Ağıllı şəhər” konsepsiyasında Əşyaların İnterneti (IoT) texnologiyası ən vacib həllərdən biridir. IoT bir-birinə bağlı olan cihazların bir-biri ilə kommunikasiya etməsi və məlumat paylaşması üçün mövcud olan bir şəbəkədir. Bu həllər bizə maşınlardan tutmuş, ev işlərinə, küçələrdə və bir sıra məqamlarda rast gələ bilər. Cihazlardan toplanmış məlumatlar bulud texnologiyası və ya fiziki serverlərdə toplanır, özəl və dövlət sektoru tərəfindən optimallaşdırılaraq ağıllı şəhər daxilində əhalinin rahatlığı üçün istifadəyə verilir. 


    Əşyaların İnternetinin (IoT) bu layihədə önəmli olması ilə yanaşı, digər texnologiyalar da danılmaz rol oynamaqdadır. Bunlara misal olaraq, “Application Programming Interface” (APIs), “Artificial Intelligence” (AI), “Cloud Computing Services”, “Dashboards”, “Machine Learning”, “Machine-to-Machine Communications” və “Mesh Networks” və daha başqa texnologiyaları bildirmək olar. 
     

    Son müraciət tarixi 1 Aprel 2022!

    Daha ətraflı məlumat üçün keçid edin: https://teknofest.az/az/competitions/competition/4