Son xəbərlər
- “AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib 29 Noy, 2024
- Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb 28 Noy, 2024
- “AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib 26 Noy, 2024
- SİMA minlərlə ağacın qorunmasına töhfə verir 25 Noy, 2024
- Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək 23 Noy, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin “Azcloud hökumət həlləri” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buluduna keçid planı” üzrə dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilib.
Sözügedən layihə çərçivəsində normativ, miqrasiya, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə 2020 – 2021-ci illər ərzində “Hökumət buludu”na keçidi nəzərdə tutulmuş 36 dövlət qurumunun İT mütəxəssisləri ilə görüşlər təşkil edilib. Görüşlərdə “Hökumət buludu” konsepsiyasının tətbiqi zamanı miqrasiyanın təşkili, ehtiyat, maliyyə aspektləri, arxiv üçün mərkəzlərdən istifadə imkanları, informasiya təhlükəsizliyi, hüquqi mexanizm və digər bu kimi məsələlər üzrə ətraflı məlumat verilib.
Həmçinin adı çəkilən konsepsiya barədə qeyri-texniki sahə mütəxəssislərini məlumatlandırmaq üçün dövlət qurumlarının Maliyyə, Hüquq və Satınalma şöbələrindən olan nümayəndələri üçün onlayn təlimlər təşkil edilib. Təlimlərdə bulud texnologiyasının əsasları, hüquqi aspektlər, bulud xərclərinin hesablanması və optimallaşdırılması üzrə geniş məlumatlar verilib, iştirakçıların sualları cavablandırılıb.
Hazırda “Hökumət buludu”na keçidi nəzərdə tutulmuş digər dövlət qurumları ilə “dəyirmi masa” görüşləri davam edir və bu görüşlərin cari ilin sonunadək başa çatması planlaşdırılır.
Qeyd edək ki, “AzInTelecom” MMC Cənubi Qafqaz regionunda “TIER III”, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” uyğunluq sertifikatlarına malik ilk əlçatanlıq zonası olan texnologiya və telekommunikasiya şirkətidir.