Digər nailiyyətlər
- “AzInTelecom” MMC Biznesin Davamlılığı İdarəetmə Sistemi standartı üzrə ISO 22301:2019 sertifikatını yeniləyib 19 Apr, 2023
- Azərbaycanda ilk dəfə Biznes Davamlılığının İdarəetməsi sertifikatına layiq görülən şirkət “AzInTelecom” oldu 29 Yan, 2021
- "AzInTelecom"un ikinci əlçatanlıq zonası növbəti sertifikatını aldı 29 Yan, 2021
- “AzInTelecom” Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının etibarlılıq müddətini bir daha uzatdı 07 İyl, 2020
- “AzInTelecom” “Veeam Software” şirkətinin Gümüş Tərəfdaşı statusunu alıb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC rezervlənmə həllərində lider olan “Veeam Software” şirkətinin bulud xidmətləri sahəsində Gümüş Tərəfdaşı statusunu əldə edib.10 Apr, 2020
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC Biznesin Davamlılığı İdarəetmə Sistemi standartı üzrə sertifikata (ISO 22301:2012) layiq görülən ilk Azərbaycan şirkəti oldu.
Qeyd edək ki, “AzInTelecom” sertifikatın əldə olunması üçün Norveçin “DNV GL” şirkəti tərəfindən aparılan müstəqil auditdən keçib. Bu sertifikat “AzInTelecom” və onun data mərkəzi əsasında xidmət göstərən “Azcloud” bulud həllərinin əlverişsiz şəraitdə də fəaliyyətini davam etdirməsinin mümkünlüyünü təsdiq edir. Belə ki, bu növ sertifikat, işində xətalardan müdafiənin, eləcə də onların yaranma ehtimalının azaldılması və bərpası üçün şəraitin təmin edilməsinə dair tələblərə cavab verən şirkətlərə təqdim olunur.
“AzInTelecom” MMC indiyədək beynəlxalq təşkilatlar tərəfindən İT xidmətlərinin göstərilməsi və idarə edilməsi üzrə ISO 20000 və informasiya təhlükəsizliyi üzrə ISO 27001 standartlarına, eləcə də TIER III standartının uyğunluq sertifikatına da layiq görülüb.