Son xəbərlər
- SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi 26 İyl, 2024
- ABB debet kartlarını SİMA KYC ilə onlayn sifariş et! 10 İyl, 2024
- AZAL QSC informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb 08 İyl, 2024
- “AzInTelecom”un nümayəndələri jurnalistlərə təlim keçib 27 İyn, 2024
- AzInTelecom Beynəlxalq Sığorta Forumunda 21 İyn, 2024
Ölkəmizdə 26-30 oktyabr tarixlərində keçirilən beynəlxalq “İnnovasiya həftəsi” çərçivəsində təşkil olunan “Hackathon-AzIn 2018” müsabiqəsinin qalibləri müəyyənləşib.
![](https://azintelecom.az/upload/images/5e2216bd1f5c5dff910e0480da605d7a.jpg)
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin 29-30 oktyabr tarixlərində təşkil etdiyi müsabiqənin qalibləri “Dostlar”, “Express” və “Ml learning” komandaları olub.
Birinci yerin qalibi “Dostlar” komandasına 5000 AZN, ikinci yerin qalibi “Express” komandasına 3000 AZN, üçüncü yerin qalibi “Ml learning” komandasına isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunub. Eyni zamanda qalib komandalar müsabiqənin sponsorları tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
![](https://azintelecom.az/upload/images/3fc2bc6211ceadb14f3e55b5b1f517fc.jpg)
Məlumat üçün bildirək ki, “Hackathon” müxtəlif sahələrdən olan proqramçıların hər hansı tapşırığın həlli üçün komanda şəklində bir araya gəlməsidir. Üç mərhələdən ibarət olan “Hackathon” müsabiqəsinin birinci mərhələsində iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırıq verilib, ikinci mərhələdə iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyib. Üçüncü mərhələdə isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibləri seçilib.
Qeyd edək ki, “Şəkil tanıma texnologiyası üzrə veb tətbiqetmənin hazırlanması” mövzusunu əhatə edən tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının dəstəyi, “Azercell”, “R.I.S.K. Company”, “Bestcomp”, “İl Patio” və “Huawei” şirkətlərinin baş sponsorluğu ilə baş tutub.