Son xəbərlər
- “AzInTelecom” MMC beynəlxalq “Dell Technologies World” forumunda! 01 İyn, 2023
- Bir milyondan çox mobil nömrə ilə şəbəkəyə qoşulan 8574 IMEI koda “klon” statusu verilib 25 May, 2023
- Səhiyyə Nazirliyi İT sistemlərini qismən “Hökumət buludu”na köçürür 23 May, 2023
- SİMA ilə “PulPal” sistemində limitsiz köçürmə və ödənişlər edin 17 May, 2023
- SİMA ilə “banks.az” platformasında bank və BOKT-ların xidmətlərindən yararlanın! 15 May, 2023
2016/2017 voleybol mövsümü üzrə Azərbaycan Super Liqasının qalibləri mükafatlandırılıb.
Mükafatlandırmaya əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin himayəsində olan “Telekom” qadın voleybol komandası qızıl medala layiq görülüb. “Azərreyl” gümüş, “Azəryol” komandası isə bürünc medal qazanıb.

Məlum olduğu kimi, 2016/2017 voleybol mövsümündə Azərbaycan Çempionatı çərçivəsində qadınlar arasında Super Liqa yarışları 27 mart 2017-ci il tarixində başa çatıb. “Telekom” qadın voleybol komandası Super Liqanın son turunda “Lokomotiv” komandası üzərində 3:0 hesabı ilə qalib gələrək çempion tituluna yiyələnib.

“Telekom” komandasının üzvlərinə qızıl medallar və çempionluq kuboku Azərbaycan Voleybol Federasiyasının və Gənclər və İdman Nazirliyinin rəsmiləri tərəfindən təqdim edilib.
Bundan başqa, “Telekom”un oyunçularından Yelizaveta Səmədova 2016/2017 Azərbaycan Çempionatının “ən dəyərli voleybolçu” tituluna, Olena Həsənova isə “ən yaxşı blokçu” tituluna layiq görülüblər.
Eyni zamanda, komandamızın yerli yetirmələri Yelizaveta Səmədova, Ülkər Kərimova, Olena Həsənova, Yana Əzimova, Marqarita Əzizova, Anastassia Baidiuk, Anastasiya Bezsonova və Kristina Yaqubova Azərbaycan Voleybol Federasiyası tərəfindən Dünya Çempionatının Təsnifat Turniri və Avropa Çempionatının Final mərhələsinə hazırlıq məqsədilə qadınlardan ibarət Milli yığma komandaya dəvət olunublar.