Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemidir.

Mobil Cihazların Qeydiyyat Sisteminin üstünlükləri:

  • texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüa yayan mobil cihazların ölkəyə idxalının qarşısının alınması;
  • itirilən və ya oğurlanan mobil cihazların istifadəsinin dayandırılması;
  • ölkə ərazisinə gətirilən mobil cihazlara mövcud qaydalara əsasən uyğunluq sertifikatlarının alınması;
  • telekommunikasiya bazarında istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradılması;
  • mobil cihazların qeyri-qanuni yollarla idxal edilməsinin və dövlət büdcəsinə ödənişlərdən yayınma hallarının qarşısı alınır.

Mobil cihazların qeydiyyatının aparılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilib.

Daha ətraflı: portal.rinn.az