Son xəbərlər
- Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı 09 Dek, 2024
- “AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda 04 Dek, 2024
- “AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib 29 Noy, 2024
- Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb 28 Noy, 2024
- “AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib 26 Noy, 2024
Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən ənənəvi olaraq hər il təşkil edilən “ITU Telecom World” beynəlxalq sərgi-konfransı bu gün öz işinə başlayıb. Beynəlxalq arenada telekommunikasiya sahəsində ən böyük tədbir hesab olunan “ITU Telecom World” bu il Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilir. Tədbir çərçivəsində İKT sahəsi üzrə forumlar, seminarlar, təqdimatlar təşkil ediləcək, sərgi hissəsində isə milli pavilyonlarda ölkələrin, şirkətlərin müxtəlif həlləri nümayiş etdiriləcək. Tədbirin bu gün keçirilən rəsmi açılış mərasimində Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa çıxış edib. “ITU Telecom-2018” çərçivəsində daha "ağıllı" rəqəmli inkişaf naminə innovasiyalarla bağlı əsas məsələlər müzakirə ediləcək. 13 sentyabradək davam edəcək qlobal tədbirin beynəlxalq tərəfdaşlarından biri də Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Sərgi-konfransda nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin tərkibində nazirliyin qurumları, özəl İKT şirkətləri və startaplar təmsil olunurlar. Müxtəlif dövlətləri təmsil edən şirkətlərin qatıldığı sərgidə Azərbaycanın Milli Pavilyonu quraşdırılıb. Pavilyonda ölkəmizdə İKT sahəsində əldə edilən nailiyyətlər, innovativ xidmətlər, tətbiqlər və həllər nümayiş olunacaq. Qeyd edək ki, ölkəmiz 2009-cu ildən etibarən davamlı olaraq "ITU Telecom World" sərgilərində Milli Pavilyon ilə təmsil olunur.