Son xəbərlər
- Heç yerə getmədən mobil telefonda müqavilə hazırla və imzala! 06 May, 2024
- “SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib 01 May, 2024
- İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb 01 May, 2024
- “AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub 01 May, 2024
- “Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb 09 Apr, 2024
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin Data Mərkəzi "Microsoft Office 365" lisenziyasının satışına başlayır. Artıq müştərilər "bulud" üzərindən ofis proqramlarını, sadəcə, aylıq icarə haqqı ödəməklə əldə edə biləcəklər. Proqram təminatının satış modelinin 3 paketi təklif olunur: "Office 365 Business Essentials", "Office 365 Business" və "Office 365 Business Premium". Təqdim olunan paketlərdə versiyaların avtomatik yenilənməsi və abunəliyin rahat dəyişdirilməsi kimi xüsusiyyətlər də mövcuddur. "Microsoft Office 365"-in əsas rahatlığı istifadəçilərin istənilən yerdən öz korporativ resurslarına çıxış imkanının olmasıdır. Belə ki, bu xidmətdən yararlanmaqla həm iş yerində, həm də işdən kənarda e-poçtu yoxlamaq, "Microsoft Office" proqramları ilə işləmək mümkün olacaq. Qeyd edək ki, ofis paketinin yeni funksiyaları istifadəçilərə onlayn resurslarını bir arada cəmləmək imkanı verir. Həmçinin "Office 365"-in quraşdırılması və idarə olunması da çox sadədir. Xidmət haqqında ətraflı məlumat əldə etmək üçün sales@datamerkezi.az ünvanına və ya (+99450) 251 5555 mobil nömrəsinə müraciət edə bilərsiniz.