SİMA mobil tətbiqi ilə heç yerə getmədən, sənədlər toplamadan, növbələrdə gözləmədən və ödənişsiz, cəmi bir neçə dəqiqə ərzində yeni nəsil rəqəmsal imza əldə etmək mümkündür. Günləndirilmiş imza olan SİMA ilə elektron imzanın tətbiq edildiyi müxtəlif xidmət sahələrində sənədləri imzalamaq mümkündür.
SİMA yeni nəsil rəqəmsal imza ilə elektron hökumət, maliyyə (Bank və BOKT), sığorta, GSM operatorları, məişət avadanlıqlarının satışı mərkəzləri, internet və TV provayderlər, ümumiyyətlə, elektron imza tətbiq olunan bütün sahələr üzrə xidmətlər, eləcə də məhsullar əldə etmək mümkündür.
SİMA rəqəmsal imza, həmçinin, “ASAN Login” sisteminə inteqrasiya olunmuş istənilən rəqəmsal xidmətlər təqdim edən portala giriş imkanları verir.
SİMA-nı əldə etmək üçün vətəndaşlar mobil tətbiqi “Play Market” və “Apple Store”dan yükləyib şəxsiyyət vəsiqəsini oxudaraq və üztanıma əsasında kimliyini təsdiqlədərək yeni nəsil rəqəmsal imza əldə etmiş olur.
Daha ətraflı: https://sima.az/az