Elektron imza Azərbaycan Respublikasının qanunlarına əsasən, əl imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Elektron imza bizim virtual məkanda şəxsiyyətimizi təsdiq edən sənəddir.
SİMA Token
Azərbaycanda elektron imza ilk dəfə 2011-ci ildə istifadəyə verilib. Hazırda elektron imzalar SİMA Token adı altında təqdim edilir. SİMA Token elektron sənədi hazırlayan şəxsin sənədi təsdiqləyərək digər tərəfə göndərməsi, həmçinin, elektron imza tətbiq olunan xidmətlərdən istifadə etmək üçündür.
SİMA
2022-ci ildə isə yeni nəsil rəqəmsal imza - SİMA ictimaiyyətə təqdim edilib. SİMA yeni nəsil rəqəmsal imza bulud, açıq açar və üztanıma texnologiyaları əsasında hazırlanıb. SİMA vətəndaşların elektron xidmətlərdən istifadəsini daha da asanlaşdırır, ən əsası isə, tamamilə, ödənişsizdir.