Müasir dövrdə informasiya texnologiyaları sürətlə inkişaf edir və yeni İT həllər, yeni avadanlıqlar yaranır. Yeni sistemlərin əlverişliliyi ilə yanaşı, zəif tərəfləri də diqqət mərkəzində olur. İş gedişatında həm təbii olaraq, həm də digər tərəflərin hücumu ilə bu boşluqlar sistemlər üçün təhlükə mənbəyinə çevrilir.

“AzInTelecom” MMC informasiya resurslarını bu risklərdən qorumaq və preventiv addımlar atmaq üçün yeni İnformasiya Təhlükəsizliyi xidmətləri təklif edir.

Ölkənin bir çox böyük şirkət və dövlət qurumlarının informasiya resurlarını etibar etdiyi “AzInTelecom” MMC müştərilər üçün Kibertəhlükəsizlik və İnformasiya Təhlükəsizliyinin auditi və konsaltinq xidmətlərini təşkil edir.

Bu xidmətlərin reallaşdırılmasında əsas məqsəd işlək siyasət, təlimat və prosedurların hazırlanması ilə effektiv idarəetmənin həyata keçirilməsinə nail olmaqdır. Bu xidmətlərdən istifadə həssas məlumatlar ilə işləyən müəssisələrin kibertəhlükələrə qarşı məsuliyyətinin göstəricisidir.

İnformasiya təhlükəsilziyi xidmətləri ilə bağlı daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın


Müraciət forması

İnformasiya təhlükəsilziyi xidmətləri ilə bağlı daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın