Son xəbərlər
- “Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir! 25 Okt, 2024
- “SİMA İmza” beynəlxalq mükafata layiq görüldü 24 Okt, 2024
- Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb 18 Okt, 2024
- “UForex” hesabını “SİMA İmza” ilə aç! 17 Okt, 2024
- “AzInTelecom” “INMerge İnnovasiya Sammiti 2024”də iştirak edib 11 Okt, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən yaradılmış “SİMA İmza” Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirmək məqsədilə fəaliyyət dairəsini genişləndirməyə davam edir.
Aparılmış birgə işlər nəticəsində SİMA yeni nəsil rəqəmsal imza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus Əməyin Məşğulluğu Alt Sisteminə (ƏMAS) uğurla inteqrasiya olunub. ƏMAS platformasında işəgötürənlər tərəfindən hazırlanan əmək müqaviləsinin işçilər tərəfindən “SİMA İmza” vasitəsilə onlayn şəkildə imzalamaq imkanı yaradılıb.
Funskionallıq ilkin mərhələdə Rəqəmsal İnkişaf və Nəqliyyat, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin tabeliyindəki qurumlarda tətbiq olunub. Hazırda “SİMA İmza”nın bu üstünlüyündən bütün qurumların faydalanması istiqamətində iş aparılır.
Funksionnalığın tətbiqi zamanı əvvəlcə işəgötürən tərəfindən işçinin məlumatları ƏMAS-a daxil edilərək elektron müqavilə sənədi formalaşdırılır. Daha sonra işçinin şəxsiyyət vəsiqəsinin FİN kodu qeyd edilir və müqavilə sistem üzərindən işçiyə göndərilir. Bundan sonra işçi ƏMAS-da şəxsi hesabına “SİMA İmza” ilə daxil olaraq “Təsdiq gözləyən Onlayn əmək müqaviləsi bildirişləri” bölməsinə klik edir. Bu hissədə işçi müqaviləni nəzərdən keçirib “SİMA İmza” ilə onlayn şəkildə imzalaya bilir. İmzadan sonra müqavilə avtomatik olaraq işəgötürənə göndərilir. Sonda isə işəgötürən tərəfindən müqavilə elektron imza ilə təsdiq edilərək sistemə daxil edilir və proses bitir.
Qeyd edək ki, layihə AzInTelecom, İRİA, Dövlət Əmək Müfəttişliyi və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
“SİMA İmza” ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. Azərbaycan vətəndaşları, fərdi sahibkarlar və Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər olduqları yerdən elektron xidmətlərdən yararlanırlar.
Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
Mobil tətbiqi yükləməklə əldə olunan “SİMA İmza” vətəndaşlar üçün tam pulsuzdur. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.