“YAŞAT” Fondu və “AzInTelecom” şəhid övladlarını bayram münasibətilə təbrik edib
30 Dek, 2023

“YAŞAT” Fondunun təşkilatçılığı və “AzInTelecom” MMC-nin dəstəyilə şəhid övladları üçün birgə layihə həyata keçirilib.

“Hədiyyə karvanı” adlanan layihə çərçivəsində bu ilin 19-20 sentyabrında lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanlarımızın ailələrinə baş çəkilib. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 133 şəhid övladına hədiyyələr aparılıb.

“Hədiyyə karvanı” 25 dekabrda yola düşüb və 30 dekabra qədər respublikanın müxtəlif bölgələrində yerləşən ünvanlara çatdırılıb. Hədiyyələri uşaqlara Şaxta baba təqdim edib.