Son xəbərlər
- “Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb 09 Apr, 2024
- AQTA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb 06 Apr, 2024
- “SİMA İmza” ilə banka getmədən ATB-dən kart sifariş et! 05 Apr, 2024
- “SİMA İmza” ilə əmək müqaviləni ƏMAS-da onlayn imzala! 02 Apr, 2024
- “Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb 02 Apr, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC və kibertəhlükəsizlik sahəsində aparıcı şirkətlərdən biri olan “Cyberpoint” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumu “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov və “Cyberpoint” MMC-nin direktoru Fuad Niftəliyev imzalayıb.
Şirkət rəhbərləri memorandum əsasında kibertəhlükəsizlik sahəsində işgüzar münasibətlərin qurulmasını, birgə layihələrin həyata keçirilməsini və səmərəli məlumat mübadiləsinin təşkil olunmasını razılaşdırıblar.
Tərəflər elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsi, birgə tədqiqat layihələrinin təşkil olunması, kibertəhlükəsizlik üzrə aidiyyəti mərkəzlərin qarşılıqlı istifadəsi üçün şəraitin yaradılması, həmçinin yeni texnologiya və həllərin öyrənilməsi və mövcud həllərin təkmilləşdirilməsi məqsədilə təcrübə mübadiləsi aparmağı planlaşdırır.
“AzInTelecom” MMC və “Cyberpoint” MMC Azərbaycanda kibertəhlükəsizlik ekosisteminin gücləndirilməsi üçün ortaq məhsul və həllərin hazırlanmasını, müştərilərə birgə xidmət göstərməyi hədəfləyir.
Qeyd edək ki, ölkənin bir sıra böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom” MMC ISO 27001 üzrə audit, konsultasiya və maarifləndirmə xidmətləri, Nüfuzetmə testlərinin simulyasiyası və insidentlərin araşdırılması, həmçinin Təhlükəsizlik Əməliyyatları Mərkəzi xidmətlərini göstərir.