Son xəbərlər
- Azərbaycanda bloklanmış IMEI kodlarla 1 005 737 dəfə şəbəkəyə qoşulma cəhdi olub 17 May, 2024
- "SİMA biznesdə rəqəmsal transformasiyanı sürətləndirib" - Nazir müşaviri Rəşad Bayramov 16 May, 2024
- Heç yerə getmədən mobil telefonda müqavilə hazırla və imzala! 06 May, 2024
- “SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib 01 May, 2024
- İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb 01 May, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. Artıq “eSİM” abunəçisi olmaq istəyən vətəndaşlar bununla bağlı “Azercell Telekom”a müraciət edərkən müqaviləni SİMA vasitəsilə imzalayacaqlar.
Tamamilə ödənişsiz olan rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır.
Yeni nəsil rəqəmsal imzadan istifadə edərək mobil rabitə məhsulları ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, bank, BOKT, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir.
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran SİMA-nın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” “AzInTelecom” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.