Son xəbərlər
- Həssas əhali qrupunun SİMA rəqəmsal imza əldə etməsinə dəstək olan könüllülər mükafatlandırılıb 02 Fev, 2023
- “AzInTelecom” MMC Elm və Təhsil Nazirliyinə İT audit və Kibertəhlükəsizlik üzrə konsaltinq xidməti göstərib 31 Yan, 2023
- “Qala Sığorta” növbəti məhsulunu SİMA ilə daha əlçatan etdi 26 Yan, 2023
- 850 mindən çox mobil nömrə ilə şəbəkəyə qoşulan 1230 IMEI koda “klon” statusu verilib 25 Yan, 2023
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb 17 Yan, 2023
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə “SİMA Şahmat Turniri – 2022” keçirilib. Yarışda “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın tərəfdaşları və şirkət əməkdaşları iştirak ediblər.
Turnir Bakı Gənclər Mərkəzində sürətli şahmat formatında keçirilib. Yeddi turdan ibarət olan və 25 nəfərin qatıldığı yarışda iştirakçılar fərdi şəkildə mübarizə aparıblar.
Hakimlərin elan etdiyi nəticələrə görə, “SİMA Şahmat Turniri – 2022”də birinci yeri “AzInTelecom” MMC-nin əməkdaşı Səməd Seyidov qazanıb.
İkinci yeri “Yelo Bank”ın əməkdaşı Elçin Qafarlı, üçüncü yeri isə “TuranBank”ın əməkdaşı Ruslan Əliyarov tutub.
Turnirin sonunda qaliblər mükafatlandırılıb. Onlara diplom, medal və qiymətli hədiyyələr təqdim olunub. Birinci yerin qalibi, eyni zamanda kubokla təltif edilib. Bütün iştirakçılara isə sertifikat təqdim olunub. Qeyd edək ki, hazırda SİMA yeni nəsil rəqəmsal imzadan istifadə edilməsi üçün 12-si dövlət qurumu olmaqla 70-dən çox müəssisənin bu sistemə inteqrasiyası davam edir. Bu günədək isə bank, BOKT, sığorta sahəsində fəaliyyət göstərən şirkətlər, elektron dövlət xidmətləri təqdim edən portallar və digər xidmət platformaları da daxil olmaqla, 14 qurumun SİMA ilə inteqrasiyası yekunlaşıb.






