Son xəbərlər
- 1,3 milyondan çox nömrə ilə şəbəkəyə qoşulan 12,5 mindən çox IMEI koda “klon” statusu verilib 19 Sen, 2023
- SİMA İmza ilə pulsuz Tam DigiCard əldə et! 13 Sen, 2023
- E-taxes.gov.az portalına kod-parol əvəzinə SİMA Token ilə daxil ol! 11 Sen, 2023
- “AzInTelecom” MMC jurnalistlər üçün təlim keçirdi 06 Sen, 2023
- SİMA İmza ilə “MJ Financial Services BOKT”dən kredit əldə etmək daha sürətli və rahat oldu! 04 Sen, 2023
Noyabrın 10-da Gənclər Fondu və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyinin birgə təşkil etdiyi “Intern Academy” layihəsi çərçivəsində “AzInTelecom” MMC-nin İnformasiya Təhlükəsizliyi departamentinin mütəxəssisləri tərəfindən kompüter elmləri, informasiya texnologiyaları, kibertəhlükəsizlik və s. ixtisaslar üzrə təhsil alan tələbələrə təlim keçirilib.
Ümumilikdə iki qrupa keçirilən 2 saatlıq təlim bir neçə mövzunu əhatə edib. Təlimin birinci hissəsində informasiya təhlükəsizliyi haqqında təqdimat nümayiş olunub. Təqdimatda informasiya təhlükəsizliyinin komponentləri, sosial mühəndislik hücumları və növləri, fişinq və növləri, bu hücumlardan qorunma üsulları, internet və e-poçt təhlükəsizliyi kimi mövzular işıqlandırılıb. Həmçinin Azərbaycandakı və ölkəmizdən kənardakı məşhur sosial mühəndislik hücumları tələbələrlə birgə müzakirə olunub.
Təlimin ikinci hissəsində isə IT və informasiya təhlükəsizliyi sahəsi ilə bağlı karyera məsləhətləri verilib. Təlim iştirakçılarının bu sahəyə aid sualları cavablandırılıb.
Qeyd edək ki, informasiya təhlükəsizliyi savadlılığının artırılması üçün İnformasiya Təhlükəsizliyi departamentimiz tərəfindən vaxtaşırı təlimlər keçirilir.