“AzInTelecom” MMC-nin rəsmiləri Türkiyədə işgüzar səfərdədir
10 Avq, 2022

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir.

Türkiyənin paytaxtı Ankara şəhərindən başlanan görüşlər zamanı ilk olaraq Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi ziyarət olunub. Görüş zamanı “Hökumət buludu” və rəqəmsal transformasiya ilə bağlı mövzular müzakirə olunub.

Daha sonra “AzInTelecom” təmsilçiləri Sosial Təminat Qurumunun (Sosyal Güvenlik Kurumu) və “Türkcell” mobil operatorunun data mərkəzləri ilə tanış olublar. Görüş zamanı data mərkəzlərinin texniki infrastrukturu və təqdim edilən xidmətlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Hazırda İstanbul şəhərdə rəsmi görüşlər davam etdirilir.