Son xəbərlər
- SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi 26 İyl, 2024
- ABB debet kartlarını SİMA KYC ilə onlayn sifariş et! 10 İyl, 2024
- AZAL QSC informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb 08 İyl, 2024
- “AzInTelecom”un nümayəndələri jurnalistlərə təlim keçib 27 İyn, 2024
- AzInTelecom Beynəlxalq Sığorta Forumunda 21 İyn, 2024
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC Biznesin Davamlılığı İdarəetmə Sistemi standartı üzrə sertifikata (ISO 22301:2012) layiq görülən ilk Azərbaycan şirkəti oldu.
Qeyd edək ki, “AzInTelecom” sertifikatın əldə olunması üçün Norveçin “DNV GL” şirkəti tərəfindən aparılan müstəqil auditdən keçib. Bu sertifikat “AzInTelecom” və onun data mərkəzi əsasında xidmət göstərən “Azcloud” bulud həllərinin əlverişsiz şəraitdə də fəaliyyətini davam etdirməsinin mümkünlüyünü təsdiq edir. Belə ki, bu növ sertifikat, işində xətalardan müdafiənin, eləcə də onların yaranma ehtimalının azaldılması və bərpası üçün şəraitin təmin edilməsinə dair tələblərə cavab verən şirkətlərə təqdim olunur.
“AzInTelecom” MMC indiyədək beynəlxalq təşkilatlar tərəfindən İT xidmətlərinin göstərilməsi və idarə edilməsi üzrə ISO 20000 və informasiya təhlükəsizliyi üzrə ISO 27001 standartlarına, eləcə də TIER III standartının uyğunluq sertifikatına da layiq görülüb.