Son xəbərlər
- Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb 07 Noy, 2024
- Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb 05 Noy, 2024
- “Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir! 25 Okt, 2024
- “SİMA İmza” beynəlxalq mükafata layiq görüldü 24 Okt, 2024
- Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb 18 Okt, 2024
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşəbbüsü, “Microsoft Azərbaycan” və “Kaspersky” şirkətlərinin iştirakı ilə “İKT əsaslarından bulud texnologiyalarına” adlı ödənişsiz maarifləndirici vebinar keçirilib.
Vebinarın təşkilində əsas məqsəd xüsusi karantin rejimi dövründə tələbələrin, eləcə də müxtəlif peşə sahiblərinin İKT sahəsində, xüsusilə bulud texnologiyaları üzrə yeni biliklərə yiyələnməsinə şərait yaratmaqdır.
Rəqəmsal platformada baş tutan tədbirdə təşkilatçılar informasiya texnologiyalarının, kibertəhlükəsizliyin əsasları, bulud texnologiyaları barədə təqdimatlarla çıxış ediblər.
Vebinarda “AzInTelecom”un Kommersiya departamentinin rəhbəri Ruslan Əliyev bildirib ki, İT sahəsi üzrə vebinarların keçirilməsi Azərbaycanda hər kəsi müasir dünya trendləri ilə uyğunlaşmağa həvəsləndirmək, rəqəmsal texnologiyalar barədə məlumatlandırmaq baxımından çox önəmlidir. O, bu təşəbbüsün faydalı nəticələrə səbəb olacağını söyləyib.
“Microsoft Azərbaycan” adından çıxış edən Qaçay Mirzəyev vebinar iştirakçılarına informasiya texnologiyaları və bu sektordakı yeniliklər haqqında ətraflı məlumat verib.
“Kaspersky”nin rəsmi təmsilçisi Müşfiq Məmmədov isə öz təqdimatında kibertehlükəsizliyin vacib aspektlərindən bəhs edib.
Sonda spikerlər iştirakçıların suallarını cavablandırıblar.
Qeyd edək ki, “AzInTelecom” MMC tərəfindən bu kimi tədbirlərin yaxın gələcəkdə də təşkili nəzərdə tutulur.