Son xəbərlər
- “AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib 29 Noy, 2024
- Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb 28 Noy, 2024
- “AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib 26 Noy, 2024
- SİMA minlərlə ağacın qorunmasına töhfə verir 25 Noy, 2024
- Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək 23 Noy, 2024
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC ISO/IEC 20000-1:2018 informasiya texnologiyaları xidmətinin idarəolunması sistemi standartına layiq görülüb.
Norveçin sertifikatlaşdırma xidmətləri göstərən DNV GL şirkəti tərəfindən yenidən həyata keçirilən müstəqil auditin nəticələrinə görə şirkətin fəaliyyətinin 2018-ci ilin yeni standartlarına uyğun olduğu bəyan edilib. Qeyd edək ki, “AzInTelecom” ilk dəfə 2016-ci ildə ISO/IEC 20000-1:2011 uyğunluq sertifikatı əldə edib. Bu isə öz növbəsində, qısa zaman ərzində dünyada gedən proseslər və trendlər ilə uyğunlaşmanın göstəricisidir.
Sözügedən sertifikat Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki (VoIP) və data mərkəzi nəzdində “Azcloud” bulud provayderi xidmətlərinin təşkili üzrə xidmət səviyyəsinin uyğunluq standartdır.
ISO/IEC 20000-1:2018 sertifikatının əldə edilməsi daxili proseslərin təhlükəsizliyinin, düzgün idarəolunmasının və daima təkmilləşdiyinin göstəricisidir.
Sertifikat özlüyündə davamlı təkmilləşdirmə mədəniyyəti formalaşdırır ki, bu da İT xidmət sistemlərinin keyfiyyətinin artması ilə nəticələnir. Ən əsası isə bu standart xidmətlərin idarə olunmasına struktur yanaşma sayəsində inam yaranmasını təmin edir.
Qeyd edək ki, “AzInTelecom” MMC daha əvvəl beynəlxalq təşkilatlar tərəfindən ISO 27001:2013 və TIER III standartlarına uyğunluq sertifikatlarına da layiq görülüb.