Son xəbərlər
- Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb 07 Noy, 2024
- Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb 05 Noy, 2024
- “Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir! 25 Okt, 2024
- “SİMA İmza” beynəlxalq mükafata layiq görüldü 24 Okt, 2024
- Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb 18 Okt, 2024
Dekabrın 4-də Bakıda 24-cü “BakuTel-2018” beynəlxalq telekommunikasiya sərgisi işə başlayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC Azərbaycanın İKT bazarına gətirdiyi yenilikləri və gələcək məhsullarını təqdim edir.
Bakı Ekspo Mərkəzində keçirilən sərgidə ayrıca stendlə təmsil olunan AzInTelecom üçün 2019-cu ilin “SaaS ili” (proqram təminatı xidmətləri) elan olunması çərçivəsində təqdim etdiyi yeni məhsulların əyani şəkildə nümayişi və test olunması həyata keçirilib, eyni zamanda ziyarətçiləri maraqlandıran suallar cavablandırılıb. Həmçinin AzInTelecom Microsoft ilə əməkdaşlığı çərçivəsində Data Mərkəzi üzərindən təqdim etdiyi Microsoft məhsulları barədə məlumat verib. Bu məhsullar vasitəsilə müştərilər Data Mərkəzində virtual mühitdən istifadə zamanı lisenziyalaşdırılmış Microsoft Windows Server əməliyyat sistemindən, məlumat bazasının idarə edilməsi üçün SQL Server və poçtun idarə edilməsi üçün Exchange Server proqram təminatlarından faydalana biləcəklər.
Bundan əlavə, AzInTelecom tərəfindən Data Mərkəzi vasitəsilə təqdim olunan məhsullardan istifadəni maksimum rahat etmək üçün vahid pəncərə modelinə uyğun olaraq gələn ilin ortalarında istifadəyə veriləcək özünəxidmət platforması barədə iştirakçılara ətraflı məlumat verilib. Bu platforma kiçik və orta biznes sahibkarları üçün biznes proseslərin rəqəmsallaşdırılmasında müsbət rol oynayacaq. Sərgi zamanı AzInTelecom həmçinin son istifadə nöqtələrinin və serverlərin qorunması üzrə kompleks təhlükəsizlik həlləri xidmətlərini də təqdim edib.
Növbəti ildə təqdim olunması planlaşdırılan xidmətlərdən biri də müasir tələblərə cavab verən virtual IP telefoniya üzrə xidmətlər də ziyarətçilər tərəfindən xüsusi maraqla qarşılanıb.
Data Mərkəzi vasitəsilə göstərilən xidmətlərin etibarlılığını artırmaq üçün, Rezervlənmə xidmətinin davamı olaraq Əsas Data Mərkəzində saxlanılan məlumatların və beynəlxalq səs trafikinin coğrafi rezervlənməsi məqsədilə növbəti ilin 2-ci rübündə istifadəyə veriləcək Ehtiyat Data Mərkəzinin Yevlaxda inşası davam etdirilir. Yevlaxda yerləşəcək Ehtiyat Data Mərkəzində Azərbaycan bazarı üçün Qəza sonrası bərpa xidmətlərinin təmin edilməsi də nəzərdə tutulur.
Dövlət informasiya sistemləri arasında asan inteqrasiyanı və təhlükəsiz informasiya mübadiləsinin aparılmasını, mərkəzləşdirilmiş data mərkəzi infrastrukturunda “bulud” xidmətlərinin istismarını, dövlət infromasiya sistemlərinin yaradılması və saxlanılmasına yaranan xərclərin azaldılaraq optimallaşdırılmasını, “rəqəmsal hökumət”ə keçidi, xarici data mərkəzlərindən asılılığın ləğv edilərək məlumatların ölkə daxilində saxlanılmasını təmin etmək məqsədilə bulud texnologiyalarının tətbiqinin zəruriliyi vurğulanıb. Bununla bağlı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 2.4.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə “Hökümət buludu” layihəsinə dair işlərə davam etdirilir.
Maraqlı və innovativ layihələrin gerçəkləşməsində gənclərə dəstək olmaq məqsədilə AzInTelecom bu il “AzInTelecom Hackathon-2018” müsabiqəsini təşkil etdi. Bu layihənin davamı olaraq AzInTelecom 2019-cu ildə növbəti “AzInTelecom Hackathon-2019” müsabiqəsini keçirəcək. “AzInTelecom Hackathon-2019” çərçivəsində öz layihələrinizi reallaşdırmaq və ətraflı məlumat əldə etmək üçün www.hackathon.azintelecom.az linkinə keçin.