Son xəbərlər
- ALİ TƏHSİL ALMADAN İT ÜZRƏ BEYNƏLXALQ SERTİFİKAT ALAN İKİ GƏNCİN HEKAYƏSİ 13 May, 2022
- “AzInTelecom” Müştəri Xidmətlərinin SİMA Token ilə bağlı imkanlarını genişləndirdi 18 Apr, 2022
- Bakı və Sumqayıt məktəbliləri üçün “AzInTelecom”da infotur təşkil olunub 14 Apr, 2022
- Yeni nəsil rəqəmsal imza olan SİMA-nın ilk tərəfdaşı “PAŞA Bank” oldu 12 Apr, 2022
- AzInTelecom-un layiq görüldüyü “WSIS Prizes-2021” beynəlxalq mükafatı təqdim edildi 08 Apr, 2022
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurumu “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətlərindən biri də telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasıdır.
Bu xidmət telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatı verilməsi üçün müraciətlərə baxılması, tələb olunan sənədlərin qəbul edilməsi və telekommunikasiya vasitələri və qurğularının qarşılıqlı telekommunikasiya şəbəkəsinə (QTŞ) uyğunluğu barədə sertifikatın verilməsinə dair xidmətlərin göstərilməsindən ibarətdir.
Qeyd olunan xidmətdən istifadəni bir qədər də asanlaşdırmaq məqsədi ilə sertifikatlaşdırma xidmətinə sorğu prosesi tam olaraq elektronlaşdırlımış və elektron hökümət portalında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması üçün nəzərdə tutulmuş elektron müraciət xidməti yenilənərək istifadəyə verilmişdir. Bunun nəticəsində artıq telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasına fiziki qaydada müraciət etmədən, vaxt itkisinə məruz qalmadan, hətta elektron hökümət portalından qeydiyyatdan keçmədən portalın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus bölməsindəki elektron xidmətlər siyahısından “Telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatının verilməsi” xidmətinə daxil olaraq serttifikatlaşdırılma xidmətinə müraciət etmək mümkündür. Elektron xidmətin yenilənmiş formasında tələb olunan sənədlər azaldılmış və xidmətdən istifadə daha da sadələşdirilmişdir.
Elektron hökümət portalında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması üçün nəzərdə tutulmuş elektron müraciət xidməti ilə bağlı yaranacaq suallarla bağlı ““AzInTelecom” MMC-nin Sertifikatlaşma departamentinin müştərilərlə əlaqələr şöbəsindən məlumat ala bilərsiniz. (Tel: 012 498 18 61 (daxili 2170), 012 200 01 70, e-mail: certificate@azintelecom.az)
Aşağıdakı linkdən istifadə edərək, telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılmasına elektron müraciət etmək mümkündür.
https://www.e-gov.az/az/services/read/2888/0