Son xəbərlər
- Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı 09 Dek, 2024
- “AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda 04 Dek, 2024
- “AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib 29 Noy, 2024
- Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb 28 Noy, 2024
- “AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib 26 Noy, 2024
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaat Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC ilə əməkdaşlığa başlayıb.
Müqaviləyə əsasən, “MİDA” TIER III və ISO 20000 beynəlxalq sertifikatlarına malik Regional Data Mərkəzində əlavə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə edəcək. Bu da öz növbəsində, digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət olunmasına imkan yaradacaqdır.
Bundan əlavə “MİDA” MMC “Elektron Hökümət Portalı”na inteqrasiya etdiyi “Güzəştli Mənzil” elektron sisteminin davamlılığını təmin etmək məqsədilə “AzInTelecom” MMC-nin Regional Data Mərkəzinin texniki imkanlarından yararlanmağı planlaşdırır. Data Mərkəzi tərəfindən təklif edilən müasir texnologiyalar “Güzəştli mənzil” elektron sisteminin səmərəli işinə şərait yaratmaqla yanaşı, habelə mənzil əldə etmək üçün müraciət edən vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərilməsi və onların rahatlığının təmin olunmasına şərait yaradacaq.
Regional Data Mərkəz bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (İaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) təklif edir.
Büdcə xərclərinin optimallaşdırılması və idarəetmənin avtomatlaşdırılmasına yönələn İaaS xidmətləri potensial müştərilərinə texniki avadanlıq və proqram təminatlarının alınması, quraşdırılması, texniki istismarı üçün vəsait xərcləmədən məlumat itkisi ilə bağlı riskləri minimuma endirən etibarlı infrastruktur əldə etmək imkanı yaradır.