Son xəbərlər
- Heç yerə getmədən mobil telefonda müqavilə hazırla və imzala! 06 May, 2024
- “SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib 01 May, 2024
- İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb 01 May, 2024
- “AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub 01 May, 2024
- “Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb 09 Apr, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Bakıda keçiriləcək “İnMerge İnnovasiya Sammiti”ndə “Qızıl sponsor” qismində stendlə çıxış edəcək.
30 noyabr-1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq sammitdə iştirakçılara “AzInTelecom”un innovativ xidmət və məhsulları barədə məlumat veriləcək. Həmçinin şirkətin təqdim etdiyi bir sıra rəqəmsal həllər qonaqlara praktiki formada nümayiş etdiriləcək. Bununla yanaşı, stenddə maraqlı viktorinaların keçirilməsi, fərqlənən iştirakçılara hədiyyələrin təqdim edilməsi nəzərdə tutulub.
Bulud xidmətləri, biometriya texnologiyası əsasında hazırlanan SİMA Rəqəmsal Həllər Platforması, Mərkəzləşdirilmiş İnformasiya Sistemləri və İnformasiya təhlükəsizliyi xidmətləri ilə maraqlanan, həmçinin bu istiqamətdə əməkdaşlıq əlaqələri qurmaq istəyən hər kəs ətraflı məlumat üçün “AzInTelecom” MMC-nin stendini ziyarət edə bilər.
Məlumat üçün bildirək ki, “İnMerge İnnovasiya Sammiti”nin təşkilatçısı “PAŞA Holding”dir. Artıq üçüncü dəfədir ki, təşkil olunan regional tədbirin məqsədi Azərbaycan və regionun aparıcı təşkilatlarını və dövlət qurumlarını korporativ innovasiyalar ətrafında toplamaqdır.
Əsas müzakirə mövzuları elektron ticarət, maliyyə texnologiyaları və telekommunikasiya olacaq. Sammitdə panel müzakirələri və “B2B” formatlı görüşlərin keçirilməsi, eyni zamanda yerli və regiondan gələn komandaların startaplarının təqdimatı nəzərdə tutulub.