Son xəbərlər
- Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı 09 Dek, 2024
- “AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda 04 Dek, 2024
- “AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib 29 Noy, 2024
- Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb 28 Noy, 2024
- “AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib 26 Noy, 2024
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev növbəti vətəndaş qəbulu ilə əlaqədar səfəri çərçivəsində Yevlax şəhərində yerləşən Əlçatanlıq Zonasının (Data Mərkəzi) fəaliyyəti ilə tanış olub.
“AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov nazir Rəşad Nəbiyevə məlumat verib ki, Əlçatanlıq Zonası “TIER III” beynəlxalq uyğunluq sertifikatına malikdir və konteyner tipli infrastruktur alternativ enerji təminatı, yanğınsöndürmə sistemləri, fiziki mühafizə, ehtiyat su və yanacaq çənləri, enerji mənbələrini təmin edən yüksək səviyyəli qoruma sistemləri ilə təchiz edilib.
Bildirilib ki, zonanın keyfiyyətli infrastruktur və peşəkar mütəxəssislər vasitəsilə dəstəklənməsi dövlət və özəl qurumlara informasiya texnologiyalarından istifadənin səmərəliliyini daha da artırmağa, maliyyə xərclərinə böyük həcmdə qənaət etməyə imkan yaradır.
Əlavə edilib ki, Yevlax Əlçatanlıq Zonasında bulud xidmətləri ilə yanaşı, “DRaaS” (fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması) xidməti də göstəriləcək.