Son xəbərlər
- Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdı 09 Dek, 2024
- “AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda 04 Dek, 2024
- “AzInTelecom” MMC yeni “AzInCloud” platformasını istifadəyə verib 29 Noy, 2024
- Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıb 28 Noy, 2024
- “AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edib 26 Noy, 2024
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə Beynəlxalq Telekommunikasiya İttifaqının “WSIS Prizes-2021” mükafatı təqdim edilib. Təqdimat Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının İsveçrənin Cenevrə şəhərində keçirilən iclası çərçivəsində baş tutub.
Qeyd edək ki, “AzInTelecom” MMC və Şamaxı Rayon İcra Hakimiyyətinin hazırladığı “Vətəndaşların elektron müraciət portalı – www.e-qebul.az” layihəsi ötən il Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2021 Mükafatları” (WSIS Prizes-2021) müsabiqəsinin mükafatına layiq görülmüşdü. İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti Forumu virtual keçirildiyindən mükafatın təqdim edilməsi mümkün olmamışdı.
Layihəni Şamaxı Rayon İcra Hakimiyyətinin təklifləri əsasında “AzInTelecom” MMC vətəndaşlar və dövlət qurumları arasında münasibətlərdəki problemlərin həlli məqsədilə hazırlayıb. Portal vətəndaşlara dövlət qurumlarına fiziki olaraq getmədən onlayn şəkildə müraciət ünvanlamaq imkanı verir.
Müsabiqəyə Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən 1270 elektron layihə təqdim olunmuşdu. Ekspertlər qrupunun rəyi əsasında onlardan 360-sı müsabiqədə iştirak etmişdi.
Qalib layihələr 18 nominasiya üzrə onlayn səsvermə nəticəsində müəyyənləşmişdi. Səsvermədə dünya üzrə 1,3 milyondan artıq insan iştirak etmişdi.
“Vətəndaşların elektron müraciət portalı” müsabiqədə “E-hökumət” kateqoriyası üzrə qalib olmuşdu.