Son xəbərlər
- Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb 07 Noy, 2024
- Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb 05 Noy, 2024
- “Sizin Lombard”da kreditini “SİMA İmza” ilə rəsmiləşdir! 25 Okt, 2024
- “SİMA İmza” beynəlxalq mükafata layiq görüldü 24 Okt, 2024
- Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb 18 Okt, 2024
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC bulud istifadəçilərinə daha bir yenilik təqdim edir. Artıq AZCLOUD tərəfindən təqdim edilən AZCLOUD Portalı vasitəsilə müştərilər rahatlıqla müstəqil şəkildə öz İT infrastrukturunu yarada biləcəklər.
“AZCLOUD” bulud həlləri istifadəçinin öz İT infrastrukturunu buludda elastik və çevik şəkildə yerləşdirməsinə imkan verir. Məhz bu baxımdan İT, nəqliyyat, turizm, neft-qaz, kommunal, peşəkar xidmətlər və bu kimi digər sahələrə buludda yerləşdirmə, infrastruktur əsaslı xidmətlər (IaaS), rezervlənmə və daha bir sıra xidmətləri təklif edən və İT siyasətinin təkmilləşdirilməsi məqsədi daşıyan “AZCLOUD Enterprise”-dan fərqlənir.
Bu həllər sayəsində rəqəmsal tapşırıqları klassik biznes modeli ilə müqayisədə daha asan və rahat yollarla həll etmək mümkündür. Sözügedən model startap, kiçik və orta biznes, sistem administratorları, developerlər və ümumiyyətlə virtual sistemdə bu xidmətlərdən yararlanmaq istəyən hər kəsə, sərfəli qiymət və keyfiyyət uyğunluğu qorunmaqla, İT infrastrukturunu təhlükəsiz mühitdə daha tez yerləşdirməyə, miqyaslandırmağa və idarəetməyə şərait yaradır.
Qeyd edilən bulud xidmətlərinin müştərilərin istifadəsinə verilməsi AZCLOUD Portalı vasitəsilə təmin ediləcək. Azərbaycan və ingilis dillərində təqdim edilən özünəxidmət platforması - AZCLOUD Portalı hər bir individual şəxsin asanlıqla qeydiyyatdan keçərək öz şəxsi hesabına daxil olmaqla, hesablama, yaddaş və şəbəkə xidmətlərindən istifadə etməsinə şərait yaradır. İstifadəçilər portalda rahat şəkildə IT infrastrukturun tam idarəedilməsi imkanından yararlanmaları üçün elektron müqavilə, elektron invoys, resurslara tam nəzarət, elastiklik və miqyaslandırma kimi bir sıra üstünlüklərlə təmin edilir. Portal daxilində təqdim edilən marketpleysdən ödənişli və ödənişsiz proqram tətbiqlərini əldə etmək mümkündür. Portalın əsas üstünlüklərindən biri də, “İstifadə etdiyin qədər ödə” modeli əsasında işləməsidir ki, bu da öz növbəsində istifadəçilərə hər bir xidməti istifadə edəcəkləri saat hesabı üzrə ödəniş etmək imkanı yaradacaq.
Qeyd edək ki, AZCLOUD Portalı vasitəsilə 10 AZN dən başyalan qiymətlərlə virtual server əldə etmək mümkündür. AZCLOUD Portalında qeydiyyatdan keçərkən istifadəçi tərəfindən əlavə edilən debit və ya kredit kartından aylıq istifadə edilən xidmətlər üzrə ödənişlər tutulacaq. Qeyd edilməlidir ki, AZCLOUD Portalında qeydiyyatdan keçən hər kəs ilk ay ərzində 200 AZN dəyərində xidmətlərlə ödənişsiz olaraq təmin ediləcək. Daha ətraflı: https://azcloud.az
AZCLOUD Portalı istifadəçilərə ilkin olaraq beta versiyada təqdim olunur.
Xatırladaq ki, “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III”, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” uyğunluq sertifikatlarına malik ilk əlçatanlıq zonasıdır.